-
- 29-09-2020, 14:13
- 527
Psixoloq: Daxilimizdəki 20%-in işğaldan AZAD OLMASI ÜÇÜN...
“Hər an üçün bu müharibəyə hazıram. Çağırılan kimi düşünmədən yola düşəcəm”.
Bunu News24.az-a Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyib.
Psixoloq qismən səfərbərlik qərarından sonra övladını döyüşə yola salan valideynlərin psixologiyasını belə təhlil edib: “Biz müşahidə edirik ki, valideynlər övladlarını həvəsli yola salırlar. Bizim ən başlıca üstünlüyümüz odur ki, insanlarımızda ruh yüksəkliyi var. Ruh düşkünlüyündən söhbət gedə bilməz. Cəbhəyə yola salınan maşın karvanlarına dəstək şüarları səslənir. Nəzərə almaq lazımdır ki, valideyn övladını hərbi xidmətə yox, müharibəyə yola salır. Bəzi valideynlər çox həssasdır. Bu, təbii ki, başadüşüləndir.
Kifayət qədər Azərbaycan vətəndaşı könüllü hərbi xidmətə gedib. Ruh yüksəkliyinin yuxarı olmasının əsas səbəbi bizim torpaqlarımızın işğal altında olmasıdır. Müharibə bizim torpaqda gedir. Bu gün hər birimiz çalışdığımız sahədə əsgərik. İnsanlarımız bu müharibəyə tam hazırdır. İnanıram ki, yaxın zamanda qələbə sevincini yaşayacağıq”.
E.Rüstəmovun sözlərinə görə, real həyatdan əlavə həm də daxilimizdə işğal olunan mənəvi 20%-in azad olunması üçün biz hər birimiz əsgər kimi hazır olmalıyıq: “Cəbhədən mütəmadi olaraq yaxşı xəbərlər eşitməyimiz bizi sevindirir. İtkilərimiz də olacaq, ancaq bu, müharibədir və biz buna hazırıq. Xüsusi olaraq Türkiyə və bəzi ölkələrin dəstəyi bizə mənəvi ruh yüksəkliyi verir.
Hər an üçün bu müharibəyə hazıram. Çağırılan kimi düşünmədən yola düşəcəm. Ola bilər ki, hər kəs ön cəbhədə olmasın. Ancaq arxa cəbhədə də hər birimiz hazırıq”.
Məhərrəm Əliyev