Paytaxt sakinləri ordumuza SEVGİSİNİ BELƏ İFADƏ ETDİ
    • 29-09-2020, 19:14
    • 715

Paytaxt sakinləri ordumuza SEVGİSİNİ BELƏ İFADƏ ETDİ

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutub. Nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananlar olub. Hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayıb.

News24.az
xəbər verir ki, “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı təsdiq edilmiş plana uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur bölmələrində hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlanılıb.

Azərbaycan vətəndaşları ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün böyük ruh yüksəkliyi və coşqu ilə Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və bölmələrinə gediblər.

Döyüşlər başladığı tarixdən etibarən vətəndaşlar evlərində, iş yerlərində, avtomobillərində Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırıblar. 

Əməkdaşımız tarixi görüntüləri kadra almaq üçün şəhəri müşahidəyə çıxıb. 

Görüntüləri təqdim edirik:

FOTO-VİDEO: Fərid Şabanov