Biləsuvarda 13 kq-a yaxın narkotik aşkar edilib
    • 30-09-2020, 12:36
    • 480

Biləsuvarda 13 kq-a yaxın narkotik aşkar edilib

Biləsuvarda gizlədilən narkotik vasitələr aşkar edilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Biləsuvar Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimankənd kəndi ərazisində gizlədilən 6 kiloqram 925 qram heroin, 4 kiloqram 493 qramdan artıq metamfetamin, 2 kiloqram 980 qram tiryək, 380 qram marixuana və 165 qram “Preqabalin” dərman həbi aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən narkotik vasitələri gizlədənin şəxsiyyəti də müəyyən edilib.