Ermənistanın mülki əhalini hədəf alması TERROR AKTIDIR - DEPUTAT
    • 30-09-2020, 12:51
    • 718

Ermənistanın mülki əhalini hədəf alması TERROR AKTIDIR - DEPUTAT

Ermənistanın mülki əhalinin – qadınları, qocaları, uşaqları, əlilləri, mülki obyektləri atəşə tutması birbaşa beynəlxalq konvensiyaların pozulması və cinayətdir. 

Bunu News24.az-a Milli Məclisin deputatı, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı deyib.

Deputat bildirib ki, Azərbaycan düşməndən fərqli olaraq mülki əhaliyə silah doğrultmur: “Ermənistan işğalçı dövlətdir və Azərbaycan ərazilərinin 20%-ni işğal edib. Bu işğalın gedişində soyqırım törədib. Azərbaycan ordusu Ermənistandan fərqli olaraq heç bir zaman mülki əhalini hədəf almır. 

Bizim başlıca məqsədimiz Ermənistan tərəfindən işğal edilən ərazilərimizin azad edilməsi və təmizlənməsidir. Bizim işimiz haqqdır və qalib gələcəyimizə əminəm”.