Ermənilərə daha bir “Harop” zərbəsi – 20 ölü –  VİDEO
    • 30-09-2020, 17:48
    • 1 287

Ermənilərə daha bir “Harop” zərbəsi – 20 ölü – VİDEO

Murovdağda Ermənistan Ordusunun 20 nəfər hərbi qulluqçusu “Harop” atışıyla məhv edilib. 

News24.az Azeri Defence saytına istinadən xəbər verir ki, bu gün cəbhənin şimalında – Murovdağ yüksəkliyi yaxınlığındakı yüksəklikdə düşmənin bölmələri çıxılmaz vəziyyətə düşüb. Kömək məqsədi ilə əraziyə göndərilən Ermənistan Ordusunun 20 nəfərlik bölməsi “Harop”un bir zərbəsi ilə tamamilə məhv edilib.

Qeyd edək ki, ötən gün “Harop”la düşmənin işğal altındakı Azərbaycan ərazilərinə göndərdiyi bir avtobus canlı qüvvə, sentyabrın 28-də isə Ermənistan Ordusunun Baş Kəşfiyyat İdarəsinin rəisi məhv edilib.