-
- 2-10-2020, 15:09
- 800
Dağlıq Qarabağ münaqişəsi Avropa Parlamentində müzakirə olunacaq
Dağlıq Qarabağ münaqişəsi Avropa Parlamentində (AP) müzakirə olunacaq.
News24.az xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) və Cənubi Qafqaz ölkələri üzrə Parlament Tərəfdaşlıq Komitələrində nümayəndə heyətinin sədri, AP üzvü Marina Kalyurand "Twitter"də bildirib.
Avropa Parlamentinin deputatı qeyd edib ki, o, Azərbaycan və Ermənistandan olan jurnalistlərlə görüşüb.
“Müharibə Dağlıq Qarabağ münaqişəsi üçün həll yolu deyil. Gələn həftə Avropa Parlamentinin plenar iclasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq və müzakirədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell iştirak edəcək”, - deyə o vurğulayıb.