-
- 2-10-2020, 16:27
- 804
"Qarabağ bizimdir və Vətənimizi azad edəcəyik" - TƏRTƏRDƏN XÜSUSİ VİDEOREPORTAJ
Artıq bir neçə gündür ki, Tərtər rayonu düşmən Ermənistan ordusu tərəfindən hədəfə alınıb.
News24.az saytının Tərtərə ezam olunmuş əməkdaşları atəş səslərinin səngimədiyi bölgədən reportajlar hazırlamağa davam edir.
Gəncə şəhər sakini, Qarabağ qazisi Arif Cabbarov döyüşlər başlayan gündən könüllü olaraq Tərtərə gəlib. O bildirir ki, keçmiş Gəncə batalyonunda müavin, rota və batalyon komandiri işləyib: “1992-ci ilin iyul ayında mənfur düşmənlərlə döyüşdə elə bu istiqamətdə Ağdərəni almışdıq. Erməni kimdir ki, ondan qorxaq. Biz erməni dığalarını qova-qova Vəng kəndinə qədər aparmışdıq. Gəncəlilər, tərtərlilər, ümumiyyətlə azərbaycanlılar ölər, amma ermənidən qorxmaz. Mənim kimi oğulun on mini şəhid olsun. Vətən bizimdir və Vətəni azad edəcəyik. Ali baş komandanımız, hörmətli prezidentimiz İlham Əliyevin arxasındayıq və axıra qədər də gedəcəyik. Üç gündür bura gəlmişəm. Silah-sursat versələr, düşmənin üstünə getməyə hazıram. Kişi kişi ilə dağlarda döyüşər. Kişi əhaliyə güllə atmaz. Vicdansızlar nə qədər evi dağıdıblar. Sizdən qorxmuruq! Daşınızı daş üstündə qoymayacağıq. Sizi qova-qova Yerevana qədər aparacağıq”.
Çəkilişlər aparılan zaman Tərtər şəhəri işğalçı erməni birləşmələri tərəfindən top atəşinə tutuldu. Elə buna görə də çəkilişimizi şəhərdən bir qədər kənarda davam etdirməli olduq.
Növbəti müsahibimiz Tərtər rayonunun Kolanı kənd sakini Şahəsəd Babayev oldu. Tərtər sakini qeyd etdi ki, döyüşlərlə bağlı irəliləyiş var və sakinlər arasında heç bir qorxu hissi yoxdur: “Hər birimizin kəndimizdə, evimizdəyik. Rahat şəkildə yaşayırıq. Heç bir problemimiz yoxdur. Neçə ildir ki, burada yaşayırıq. Nədən qorxaq ki? Allahın köməkliyi ilə bir neçə günə də torpaqlarımız azad olar. Allah ordumuzu sağ eləsin. Bizim ordumuz çox güclüdür. Allah prezidentimizin canını sağ eləsin. Torpaqlarımızı düşmən tapdağından azad edəcəyik. Mən bu yaşımda da döyüşə getməyə hazıram”.
Müşfiq Abbasov
Video: Fərid Şabanov
Montaj: Adil Ağayev
Tərtərdən xüsusi reportaj