Oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandı
    • 3-10-2020, 10:24
    • 450

Oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandı

Oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il oktyabrın 1-dək   120.106.408,24 AZN, 218.680,68 ABŞ dolları, 18.341,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, sentyabrın 1-dən oktyabrın 1-dək   Silahlı Qüvvələrə Yardım Fonduna 6.691.593,07 AZN və 5102.8 dollar vəsait daxil olub. Müdafiə Nazirliyinin rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.