-
- 3-10-2020, 15:48
- 676
"Erməni hərbçilərinin öldürdüyü şəxslər arasında qadın və uşaqlar var" - Baş prokuror
"27 sentyabr 2020-ci il tarixindən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlı iş başlanıb".
News24.az xəbər verir ki, bunu Baş Prokurorluğun Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalimizə qarşı törədilmiş cinayətlərlə bağlı keçirdiyi brifinqdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib.
Baş prokuror vurğulayıb ki, bu günə qədər 19 nəfər dinc əhali öldürülüb: "Öldürülən şəxslər arasında uşaqlar və qadınlar da var. 3 qadın və iki azyaşlı -13, 14 yaşlı uşaqlar erməni silahlıları tərəfindən qətlə yetirilib. Ermənilərin açdığı atəş nəticəsində bir ailənin 5 üzvü öldürülüb. Bununla bağlı müvafiq maddələr üzrə cinayət işi başlanılıb.
Daha bir hadisə 29 sentyabrda baş verib. Sarıyev Elməddin Ağdam rayonunun Qaradağlı kəndində öldürülüb. Növbəti hadisə Tərtərdə 3 nəfərin qətlə yetirilməsi ilə baş verib. Onlardan ikisi doğma qardaş idi. Mehdiyeva Ayna Tərtərdə 29 sentyabrda ermənilərin hücumu nəticəsində həyatını itirib. Cocuq Mərcanlı kəndinə ermənilərin mütəmadi atəşi nəticəsində 2 nəfər həlak olub. 1 oktyabr tarixində Ağdam rayonunda sonuncu cinayət baş verib. Məsələlərlə bağlı Baş Prokurorluq tərəfindən 12 cinayət işi başlanılıb. Bugün etibarilə 63 nəfər mülki vətəndaşımız yaralanıb".
Baş prokuror bildirib ki, 300-dən çox yaşayış və qeyri-yaşayış binaları məhv edilib, külli miqdarda ziyan vurulub: "Tərəfimizdən rayonlara prokurorluq işçiləri göndərilib, sübutlar toplanılır. Təəssüflər olsun ki, dünən Tərtər rayonunda yerləşən Prokurorluğun binasının önündə bir müstəntiqimiz ermənilər tərəfindən yaralanıb. Dünən əməliyyat olundu. Bildirək ki, onun həyatını qurtarmaq mümkün olacaq. Hərbi cinayətlərlə bağlı 27 sentyabrdan etibarən 5 cinayət işi başlanılıb. İyul ayında da Azərbaycanın Tovuz bölgəsində azərbaycanlıların suverenliyinə hücum həyata keçirilib, mülki əhalimiz qətlə yetirilib. Erməni silahlıların açdığı atəş nəticəsində Əzizov Əziz həyatını itirib, 6 nəfər dinc sakinin mülkünə ziyan dəyib".