-
- 3-10-2020, 15:56
- 528
Kamran Əliyev Azərbaycan tərəfindən saxlanılan Ermənistan kəşfiyyat rəhbəri haqda danışdı
"23 avqust 2020 tarixdə Müdafiə Nazirliyinin hərbçiləri tərəfindən Ermənistan kəşfiyyat rəhbəri Qudgen Olaverdiyan saxlanılmış, onun barəsində cinayət işi başlanmış, hazırda Baş Prokurorluq tərəfindən istintaq davam etdirilir".
News24.az xəbər verir ki, bunu Baş Prokurorluğun Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalimizə qarşı törədilmiş cinayətlərlə bağlı keçirdiyi brifinqdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib:"Həmin istintaq bir neçə nəticəyə gəlməyə əsas verir. Belə ki, o tək olmayıb və Kəlbəcər rayonundakı hərbi hissədə xidmət ediblər. Onunla birlikdə 2 nəfər tapşırıqla Goranboy istiqamətinə gəlib Azərbaycan əhalisinin sıx yerləşdiyi əraziləri və ordumuzun mövqelərini öyrənmək və onlara qarşı diversiya-təxribat törətmək olub. Kəlbəcərdə yerləşən hərbi hissənin rəhbəri Vazgen Vartanyan olub. İstintaqın nəticəsi olaraq əsir həbsdədir, adıçəkilən digər şəxslər haqqında qiyabi həbs qərraı çıxarılıb və İnterpola göndərilib. Əldə etdiyimiz məlumata görə Ermənistanın Martuni rayonundan olan şəxslərdir. Beləliklə, məlum olur ki, Ermənistanın iddia etdiyi kimi Qarabağda yerli əhali deyil, birbaşa Ermənistandan gələn erməni vətəndaşlar iştirak edir".