Doğum haqqında şəhadətnamələrdə “üçüncü cins” qeyd ediləcək
    • 10-10-2018, 21:00
    • 643

Doğum haqqında şəhadətnamələrdə “üçüncü cins” qeyd ediləcək

ABŞ-ın Nyu-York şəhərinin meri Bil De Blazio doğum haqqında şəhadətnamələrdə “üçüncü cins”in göstərilməsi haqqında qanun layihəsini imzalayıb.
Bu haqda merin özü Tvitterdə bildirib.
Qeyd edək ki, mart ayında ABŞ prezidenti Donald Tramp transgenderlərin ölkə ordusunda xidmət etməsini qadağan edən əmr imzalayıb.