İran və Türkiyə arasında aviareyslər ləğv edildi
    • 5-10-2020, 15:10
    • 468

İran və Türkiyə arasında aviareyslər ləğv edildi

İranın Mülki Aviasiya Təşkilatı bütün yerli aviaşirkətlərin və Türk Hava Yollarının Türkiyə-İran istiqamətində uçuşlarını ləğv edib.

News24.az xəbər verir ki, bu barədə Təşkilat məlumat yayıb.

Qadağanın hansı müddətə qədər davam edəcəyi bildirilmir. 

Qeyd edilib ki, ölkələr arasında yalnız təxliyə uçuşları həyata keçirilə bilər.