Dubay-Bakı-Dubay aviareysi ləğv edildi
    • 6-08-2019, 21:00
    • 934

Dubay-Bakı-Dubay aviareysi ləğv edildi

Avqustun 6-da həyata keçirilməli olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib.
News24.az Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər verir ki, “FlyDubai” aviaşirkətinin yerli vaxtla saat 21:50-də “FZ 8945” saylı Dubaydan Bakıya uçuşu ləğv olunub. Həmçinin bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv olunduğundan aviaşirkətin 22:50-də Bakıdan Dubay istiqamətində “FZ 8946” saylı reysi də ləğv edilib. Aviareyslər “Boeing 737-800” təyyarəsi ilə həyata keçirilməli idi.
Dubay-Bakı-Dubay aviareysinin hansı səbəbdən ləğv edildiyi məlum deyil.