-
- 7-10-2020, 13:00
- 642
Neyrocərrahiyyə Xəstəxanasının həkimləri cəbhə bölgəsinə ezam olunub
Respublika Neyrocərrahiyyə Xəstəxanasının rəhbərliyinin təşəbbüsü ilə xəstəxananın bir qrup həkimi cəbhə bölgəsinə ezam olunub.
Xəstəxanadan News24.az-a verilən məlumata görə, həkimlər cəbhə zonasındakı müxtəlif xəstəxana və hospitallarda əsgər və zabitlərin, eləcə də döyüş bölgəsinə yaxın ərazilərdə yaralanmış mülki şəxslərin sağlamlığına qovuşması üçün fəadakarlıq göstərirlər.
Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri bu şərəfli missiyanı işğal altında olan ərazilərimiz işğaldan tam azad olunanadək yerinə yetirəcəklər. Həmçinin xəstəxananın əməkdaşları əməkhaqlarının müəyyən hissəsini Azərbaycan Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə yaradılmış Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edirlər.