ASAN könüllüləri Hikmət babaya Azərbaycan Bayrağını təqdim etdilər - FOTOLAR
    • 7-10-2020, 15:35
    • 670

ASAN könüllüləri Hikmət babaya Azərbaycan Bayrağını təqdim etdilər - FOTOLAR

Azərbaycan Silahlı Qüvvələrinin ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə və ölkəmizin haqq işinə dəstək məqsədi ilə Şəki şəhər sakini Hikmət Musayev “ASAN xidmət” mərkəzinə gələrək ordumuza 180 manat maddi dəstək olub. O, eyni zamanda “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsinə qoşulub.

News24.az xəbər verir ki, ASAN könüllüləri Baş Küngüt kəndinin sakini olan Hikmət Musayevə şanlı Azərbaycan Bayrağını təqdim ediblər.

Hikmət Musayev müqəddəs bayrağımızı öpərək təhvil alıb. O, qəhrəman Vətən övladlarının qələbəsinə və qısa müddətdə ərazi bütövlüyümüzün bərpa ediləcəyinə əminliyini ifadə edib.

“ASAN xidmət”in kollektivi Azərbaycan Ordusuna haqq işində, Qarabağın işğaldan azad olunması yolunda tükənməz əzm və möhkəm iradə arzulayır.

Biz zəfər çalacağıq! Qarabağ Azərbaycandır!