Bakıda kişi yaşadığı evdə qətlə yetirilib
    • 9-10-2020, 13:03
    • 499

Bakıda kişi yaşadığı evdə qətlə yetirilib

Bakıda kişi yaşadığı mənzildə qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Nərimanov Rayon Polis İdarəsinin16-cı Polis Bölməsinə sentyabrın 24-də Tahir Tağıyevin qətlə yetirilmiş meyitinin yaşadığı mənzildə tapılması barədə daxil olan məlumatla əlaqdar dərhal müvafiq tədbirlər həyata keçirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini E.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.