-
- 9-10-2020, 15:01
- 887
Bakıda 2040-cı ilədək metro xətlərinin sayı 25-dən 51-ə çatdırılacaq
Bakıda 2040-cı ilədək metro xətlərinin sayı 25-dən 51-ə çatdırılacaq.
News24.az APA-ya istinadən xəbər verir ki, bu, Bakı Şəhərinin Baş Planı 2040-da əksini tapıb.
Layihəyə əsasən, 2040-cı ilədək “28 May” stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalacaq.
2027-ci ilədək “28 May”-“Cəfər Cabbarlı” keçid stansiyasında yaşıl və qırmızı xətlərinin bir-birindən ayrılması və yeni dəstəkləyici infrastrukturun yaradılması planlaşdırılır.
2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırkı 36,7 km-dən 76.2 km-ə, stansiyaların sayının isə 25-dən 51-ə çatdırılması nəzərdə tutulur.