-
- 9-10-2020, 19:03
- 1 330
İşğaldan azad edilən Hadrudun TARİXÇƏSİ
Azərbaycan Ordusunun bir neçə yaşayış məntəqəsi ilə birlikdən işğaldan azad etdiyi yerlərdən biri də Hadrut qəsəbəsidir.
News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.
Hadrut — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində qəsəbədir. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib.
Oykonim İran dillərindəki ha (ara), du (iki) və rud (çay) komponentlərindən düzəlib, "iki çayın arası" mənasındadır. Qəsəbənin adı fars dilində "hədi dü rud", yəni "iki çay arası" mənasına gəlir. Hadrutun 1939-cu ilədək adı Dizaq olmuşdur. Qozluçayın dərəsində, Arqu dağının ətəyində yerləşirb. XIX əsrdə Ağoğlan kimi qeydə alınıb.
10 sentyabr 1939–cu ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə respublikanın ərazi-inzibati bölgüsündə bir sıra dəyişikliklər edilib. Belə ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizak və Corabərt rayonları Hadrut və Mardakert rayonları adlandırılıb.
2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıya almasına əsasən, Hadrut şəhərinin əhalisinin faktiki sayı 2936 nəfər, qeydiyyatdakı əhalinin sayı 2974 nəfər təşkil edirdi.