-
- 10-10-2020, 15:43
- 543
"Baza prinsiplərində mərhələlərlə Ermənistanın işğal olunmuş ərazilərdən çıxarılması əksini tapıb" - XİN
“Humanitar atəşkəsin təmin edilməsi vacibdir. Hərbi əməliyyatların aparılmasının da sivil qaydaları var. Bəyannamədə əsas məqsəd humanitar atəşkəsin təmin olunması, əsir alınan və cəsədlərin götürülüb, dəyişdirilməsi mahiyyəti ifadə edir. Ancaq Ermənistan öz riyakar üzünü göstərdi. Saat 12-dən sonra bəzi mövqelərimizi atəşə tutdular. Ancaq ağır itkilər verərək, geri oturdular. Bəzi bəndlərin vacib mənası var. Bunları qeyd etməliyəm".
News24.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat konfransında Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov deyib.
Ceyhun Bayramov qeyd edib ki, bizim hərbi sahədə əldə etdiyimiz üstünlük diplomatik müstəvidə də şərait yaradıb:
"Baza prinsipləri əsasında substantiv danışıqların aparılması öhdəliyini Ermənistan tərəfi üzərinə götürdü. Ötən müddətdə Dağlıq Qarabağ Ermənistandır deyirdi. Ancaq hazırda onlar bu şərtimizi qəbul etdilər. Ermənistanın bir şərti bu idi ki, dırnaq arası qurumla Azərbaycan danışıqlar aparsın. Ancaq bu sənəddə qeyd olundu ki, danışıqlar formatı dəyişməz qalır. Yəni danışıqlar prosesi Ermənistan və Azərbaycan arasında gedəcək. Onlara qarşı güc tətbiq edilməsinin beynəlxalq hüquqa zidd olunduğunu iddia edirdilər. Ancaq danışıqlar prosesində onlara ixah edildi ki, Ermənistanın Beynəlxalq hüquqdan danışmağa haqqı yoxdur. Atəşkəs üçün lazım olan parametrlərin razılaşdırılması prinsipi qoyulub. Bu, Ermənistan tərəfini çox narahat edirdi. Eyni zamanda, onu da qeyd etmək istərdim ki, baza prinsiplərinin tərkib hissəsində mərhələlərlə Ermənistanın işğal olunmuş ərazilərdən çıxarılması öz əksini tapıb.
Dünən Qoşulmama hərəkatının nazirlər kabinetinin bəyanatı qəbul edilib. Bu bəyanatda Ermənistanın işğal faktı, Azərbaycanın ərazi bütövlüyü tanındı. Bu, özü də işğalçıya böyük bir mesajdır. Cenevrədə həmsədrlərlə görüş keçirdik. Biz vurğuladıq ki, status-kvonun dəyişməsi üçün Ermənistana lazımi təzyiq olmurdu. Bu status-kvo hamı üçün təhlükədir. Bu vəxiyyətin dəyişməsi Ermənistanın özü üçün zəruridir.
Biz bir məüamı nəzərə almalıyıq ki, qarşımızda çox böyük məqsəd və hədəflər durur. Sistemli şəkildə addımlar atmalıyıq".