"Moskva bəyanatından sonra da Ermənistanın təxribatı davam etməkdədir" - Hikmət Hacıyev
    • 10-10-2020, 15:13
    • 581

"Moskva bəyanatından sonra da Ermənistanın təxribatı davam etməkdədir" - Hikmət Hacıyev

“Qəbul edilən bəyanatdan sonra Ermənistanın mülki Azərbaycan əhalisinə hücumları davam edir. Ermənistan humanitar atəşkəsi pozmaqda davam edir. Son 1 il ərzində baş verən proseslər onu göstərdi ki, Ermənistan tərəfi məsələnin danışıqlar prosesi ilə həll olunmasının tərəfdarı deyil".

News24.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat konfransında Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 

Prezidentin köməkçisi bildirib ki, İlham Əliyevin rəhbərliyi altında 10 günlük hərbi əməliyyat nəticəsində Ermənistanın ön və arxa xətti darmadağın edildi: "Nəzərə almaq lazımdır ki, Ermınistan 30 il ərzində müdafiə sistemini gücləndirib. Azərbaycan Silahlı Qüvvələri sıx atəş altında uğurlu bir əməliyyatı həyata keçirdi. Hərbi əməliyyatların gedişi Ermənistanın iqtisadiyyatına da böyük bir zərbə vurdu. Ermənistanın hərbi, siyasi, iqtidadi resursları tükənir. 30 il ərzində cəzasızlıq mühitindən  istifadə edən Ermənistan tərəfi işğalçılıq siyasətinə davam edirdi. Ancaq status-kvo dəyişdirildi. Artıq təmas xətti deyilən bir anlayış yoxdur. Ermənistanın sülhə vadar edilməsi əməliyyatının birinci hissəsi başa çatdı.

Humanitar əsaslarla hərbi əməliyyatların gedişində Cenevrə konvensiyasını əsas tutaraq atəşkəsin elan edilməsinə baxmayaraq, Ermənistan tərəfi öz riyakar siyasətini hələ də davam etdirir. Ermənistan başa düşməlidir ki, Azərbaycan işğal faktı ilə barışmayıb, barışmayacaq da. Silahlı qüvvələrimizin, əsgərlərimizin qazandığı uğurları diplomatik cəbhədə də davam etdirməliyik. Hərbi qələbələrimizin davamı olaraq siyasi-diplomatik cəbhədə də üstünlüyümüz var. Azərbaycanla heç kim şərtlərlə danışa bilməz. Axərbaycan humanitar əsaslarla atəşkəsə çağırışa düxgün riayət edir. Ancaq Ermənistan yenə də bu bəyanatı saymadı. Ermənistan rəhbərliyi böyük diplomatik səylər nəticəsində əldə edilən səyləri təhrif etməklə məşğuldular. Ermənistan tərəfi humanitar əsaslarla müvəqqəti atəşkəs haqqında sənəd imzalamağa məcbur oldu. Əsas hədəfimiz ərazi bütövlüyümüzün bərpası üçün hət şeyi edəcəyik. Xalqımız da əmin ola bilər ki, Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət ərazi bütövlüyümüzün bərpası üçündür".