Səbinə Əliyeva: Gəncədə evləri dağılan sakinlərə SABAH ÖDƏNİŞLƏR EDİLƏCƏK - FOTOLAR
    • 11-10-2020, 20:57
    • 1 149

Səbinə Əliyeva: Gəncədə evləri dağılan sakinlərə SABAH ÖDƏNİŞLƏR EDİLƏCƏK - FOTOLAR

Gəncədə ermənilərin atdığı raket nəticəsində evləri dağılan sakinlərə sabah ödənişlər ediləcək. 

Bunu News24.az-ın Gəncəyə ezam olunmuş əməkdaşlarına açıqlamasında ombudsman Səbinə Əliyeva deyib. 

Sözügedən vəsait sakinlərin bir müddətlik kirayə ev tutması üçündür. 

Bildirilib ki, ödəniş plastik kartlarla təqdim ediləcək. Həmçinin, sakinlərə sabah yeni şəxsiyyət vəsiqələri də veriləcək.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olub. 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.

Teymur Məmmədov
Emin Qasımov
Gəncə