"Ermənistan hər zaman olduğu kimi öhdəliklərə hörmətsiz yanaşır" - Ombudsman/Video
    • 12-10-2020, 00:00
    • 473

"Ermənistan hər zaman olduğu kimi öhdəliklərə hörmətsiz yanaşır" - Ombudsman/Video

“Səhər saatlarından etibarən beynəlxalq qurumlara müraciətlər ünvanlanıb. Ermənistan növbəti dəfə humanitar atəşkəs rejimini pozaraq, Azərbaycanın mülki əhalisini hədəfə alıb. 9 həlak olmuş vətəndaşımız var. Onlardan 4-ü qadındır. 6-sı uşaq olmaqla isə 34 yaralımız var. BMT-nin silahlı münaqişələr zamanı qadın və uşaqlarla davranışa dair qətnaməsi var. Ümumiyyətlə bütün beynəlxalq müqavilələr iştirakçı ölkələrin üzərinə müəyyən öhdəliklər qoyur. Ermənistan hər zaman olduğunu kimi bütün beynəlxalq müqavilə və öhdəliklərə hörmətsiz yanaşır”. 

Bunu News24.az-ın Gəncəyə ezam olunmuş əməkdaşlarına açıqlamasında ombudsman Səbinə Əliyeva deyib. 

S.Əliyeva bildirib ki, bu, Tovuz hadisələrindən sonra Ombudsman Aparatının sayca 4-cü fakt-araşdırıcı missiyasıdır: “Bu missiyanın nəticəsi olaraq, biz, xüsusi hesabatlar hazırlayırıq və onları nüfuzlu beynəlxalq təşkilatlara göndəririk. Əfsusslarla demək istəyirəm ki, Ermənistan tərəfindən Azərbaycana qarşı edilmiş terror və vandalizm aktlarına görə, biz layiqli reaksiya ala bilməmişik”.

S.Əliyeva qeyd edib ki, hazırda yaralıların vəziyyəti ortadır.

Teymur Məmmədov
Emin Qasımov
Gəncə