Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə CİDDİ RİAYƏT EDİR  - MN
    • 12-10-2020, 11:37
    • 474

Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə CİDDİ RİAYƏT EDİR - MN

Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir. 

News24.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun Hadruta daxil olmaq məqsədilə bu istiqamətdə xeyli sayda qüvvə cəmləşdirməsi və gərgin döyüşlərin getməsi barədə yaydığı məlumat açıq-aydın dezinformasiyadır:

"Bildiririk ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir və heç bir aktiv döyüş fəaliyyəti həyata keçirmir".