Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri İŞDƏN ÇIXARILDI
    • 12-10-2020, 18:09
    • 571

Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri İŞDƏN ÇIXARILDI

Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovun fəaliyyəti ilə bağlı Təhsil Nazirliyi tərəfindən müvafiq araşdırmalar aparılıb.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, Sahib Məmmədov işlədiyi dövr ərzində vəzifə funksiyalarının icrasında səhlənkarlığa yol verib. Həmçinin şəhərin təhsil göstəricilərinin yaxşılaşdırılması istiqamətində ciddi fəaliyyəti müşahidə edilməyib.

Qeyd olunanlar nəzərə alınaraq, Sahib Məmmədov Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad olunub.