Əri türməyə düşən azərbaycanlı məşhurlar -Narkotik istifadəçisi, adam bıçaqlayan...
    • 11-10-2018, 16:42
    • 1 925

Əri türməyə düşən azərbaycanlı məşhurlar -Narkotik istifadəçisi, adam bıçaqlayan...

Dünya şou-biznesində olduğu kimi yerli şou-biznes nümayəndələrinin də adı müxtəlif zamanlarda həbs olunma xəbərləri ilə hallanıb. Bəzən şou nümayəndələrinin özü, bəzən də onların həyat yoldaşları həbs olunub.
Şou-biznes nümayəndələrinin vaxtı ilə həbs olunan həyat yoldaşlarının yaxud sevgililərinin siyahısını təqdim edirik:
Sevdiyi həbs olunan məşhurların sırasında ən çox gündəmi zəbt edən müğənni Fədayə Laçın olub. O, həbs olunan sevgilisi "Qoca" ləqəbli avtoritet Etibar Məmmədova Bakı-Astara-Bakı qatarından qaçarkən yardım edib. Hazırda Fədayə Laçın özü həbs həyatı yaşayır. Sevgilisi isə Bakıdakı atışmada ölüb.

Hazırda Fədayə Laçın özü həbs həyatı yaşayır. Sevgilisi isə Bakıdakı atışmada ölüb.
Bir dövrün sevilən cütlüyü olan Oksana Rəsulovanın eks həyat yoldaşı Elşad Xosenin də adını bu siyahıya aid etmək olar. Rəsulova hələ boşanmamışdan öncə narkotik maddələrdən istifadəyə görə həbs olunan Elşadın yolunu gözləyib. Xatırladaq ki, Xose dəfələrlə həbs xəbərləri ilə gündəmə gəlib.
Xanəndə Gülay Zeynallının idmançı həyat yoldaşı Kamil Zeynallı da həbs həyatı yaşayıb. 2005-2006-cı illərdə Kamil dostunun nişanlısına söz atan şəxsləri bıçaqladığı üçün həyatını dəmirbarmaqlıqlar arasında keçirib. O, bu əməlinə görə hələ də peşmanlıq çəkdiyini açıqlayıb.
Bir müddət əvvəl müğənni Damlanın da adı eks həyat yoldaşı Ceyhun Əliyevin həbsdə olması xəbərləri ilə gündəmə gəlib. Ceyhunun vahabi və terrorist olması barədə şaiyələr də yayılıb. Lakin Damla bütün bunları əsassız adlandırmışdı.
Müğənni Zemfira İbrahimovanın həyat yoldaşı Anar Heydərov ötən il 20 günlük həbs olunub. Buna səbəb Heydərovun öz motosikleti ilə Zaqulba prospektindən üzü Bilgəh istiqamətində hərəkətdə olan zaman avtoxuliqanlıq etməsi olub.
 //open.az