Samir Cəfərov, Tolik, Elton və Fatimə getdi, Gülay qaldı - Filarmoniyada nə baş verir?
    • 11-10-2018, 17:36
    • 1 982

Samir Cəfərov, Tolik, Elton və Fatimə getdi, Gülay qaldı - Filarmoniyada nə baş verir?

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında bir sıra kadr dəyişikliyi baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, filarmoniyanın direktoru, xalq artisti Samir Cəfərov, əsas konsert təşkilatçısı Tarix Əliyev, eləcə də solist Elton Hüseynəliyev və rəqqasə Fatimə Fətəliyeva tutduğu vəzifədən öz xahişləri ilə azad ediliblər.
 
Məsələ ilə bağlı Tarix Əliyevlə əlaqə saxladıq. O, xəbəri təsdiqləyib: “Biz, yəni mən,  Elton, Fatimə və Gülay, xalq artisti Samir Cəfərovun direktor olduğu zaman Gəncə Dövlət Filarmoniyasına işə düzəlmişik.  22 sentyabr tarixində mən, Elton və Fatimə öz ərizəmizlə işdən uzaqlaşmışıq. Gülay isə filarmoniyanın solisti olaraq işini davam etdirir”.

Tolik, filarmoniyadan ayrılma səbəbini də açıqlayıb: “Mən Xəzər Media Mərkəzinin rəsmi işçisiyəm. 22 sentyabrdan Gəncədəki işimdən ayrılmışam. 23 sentyabrdan etibarən Xəzər kanalının ştatda olan əməkdaşıyam. Elton da bildiyiniz kimi, Azərbaycan Televiziyasının solistidir”.  
Xatırladaq ki, Samir Cəfərov adıçəkilən məşhurlardan öncə Filarmoniyadakı işinə xitam verib. 

Türkan Məmmədli