-
- 14-10-2020, 17:06
- 571
ASALA-nın üzvü olan Fransa vətəndaşı və onun dəstəsi haqda cinayət işi başlandı
“ASALA” terror təşkilatının üzvü Fransa vətəndaşı Gilbert Minasyan və onun rəhbərlik etdiyi 15 nəfərdən ibarət dəstənin Azərbaycan Respublikasının ərazisində törətdikləri cinayət əməllərinə görə cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-a verilən məlumatda bildirilir:
“Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, eləcə də ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir. Həyata keçirilən bu tədbirlərin davamı kimi, Azərbaycan Respublikasının Baş prokurorluğunda “ASALA” terror təşkilatının üzvü, dəfələrlə terrorçuluq fəaliyyətinə görə məhkum edilmiş Fransa Respublikasının vətəndaşı Gilbert Minasyan və onun rəhbərlik etdiyi 15 nəfərdən ibarət hərbi təcrübəyə malik dəstənin Azərbaycan Respublikasının ərazisində törətdikləri cinayət əməllərinə dair yerli və xarici kütləvi informasiya vasitələrində yayılmış çoxsaylı məlumatlar əsasında araşdırma aparılmışdır. Araşdırmalarla terror təşkilatının üzvü Fransa vətəndaşı Gilbert Minasyan və onun rəhbərlik etdiyi 15 nəfərdən ibarət hərbi təcrübəyə malik dəstənin digər üzvləri birlikdə Ermənistanda və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girib cinayətkar birlik tərkibində birləşərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun və Miqrasiya Məcəlləsinin tələblərinə zidd olaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı, 29 iyul 1993-cü il tarixli 853 saylı, 14 oktyabr 1993-cü il tarixli 874 saylı, 12 noyabr 1993-cü il tarixli 884 saylı qətnamələrinə əsasən Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələrinə, “Dağlıq Qarabağ Respublikası” adı altında fəaliyyət göstərən qanunsuz rejimin dəstəklənməsi məqsədilə, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və anti-terror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsinə yönələn təcavüzkar müharibədə Ermənistan Respublikasının siyasi-hərbi rejimi tərəfindən hərbi münaqişədə muzdlu kimi istifadə edilmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.
Bundan başqa, araşdırmalarla həmin şəxslərin qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələrinə şübhələr üçün əsaslar müəyyən edilmişdir. Həmçinin, düşmən geri çəkildikcə işğaldan azad olunmuş ərazilərdə prokurorluq əməkdaşları tərəfindən aparılan istintaq hərəkətləri ilə toplanmış sübutlarla xarici ölkə vətəndaşları olan muzdluların qeyri-qanuni yollarla gətirdikləri silah-sursatdan Azərbaycan Ordusuna qarşı istifadə etmələri öz təsdiqini tapmışdır. Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 214.2.3 (terrorçuluq), 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və digər maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılmışdır. Baş Prokurorluq tərəfindən qeyd edilən şəxslərin vətəndaşı olduqları ölkənin səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğular göndərilmişdir. Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. Əvvəllər xəbər verildiyi kimi, eyniməzmunlu cinayət əməllərinə yol vermiş Fransa Respublikasının vətəndaşı Artur Oqanisyan və Gürcüstan vətəndaşı Vaaqn Çaxalyanın barəsində başlanmış cinayət işi üzrə də istintaq-əməliyyat tədbirləri davam etdirilir. Azərbaycan Respublikasının Baş prokurorluğu tərəfindən bəyan edilir ki, işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejim tərəfindən muzdluların və terrorçulardan istifadənin qanuniləşdirilməsi məqsədilə “qəbul olunmuş hər hansı qanun” beynəlxalq hüququn normalarına zidd olmaqla bu tipli əməllərə yol vermiş şəxsləri cinayət məsuliyyətindən azad etmir".