Nazirlik əməkdaşları Gəncədə valideynlərini itirən uşaqlarla görüşdü - Foto
    • 15-10-2020, 16:18
    • 567

Nazirlik əməkdaşları Gəncədə valideynlərini itirən uşaqlarla görüşdü - Foto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əməkdaşları işğalçı Ermənistan tərəfindən Gəncə şəhərinə raket hücumu nəticəsində hər iki valideynini itirmiş uşaqlarla görüşüblər. 

News24.az
-a verilən məlumata görə, faciədən dərin sarsıntı keçirən 16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseynin sosial-psixoloji vəziyyətlərinin qiymətləndirilməsi aparılıb. Onların zəruri sosial-psixoloji xidmətlə təmin olunmaları üçün mütəxəssis ayrılacaq.

Hər iki valideynini və nənəsini itirən 2 yaşlı Nilayın, hazırda himayəsində yaşadığı ailənin də sosial ehtiyaclarına uyğun işlərin aparılması nəzərdə tutulur.

Bildirilib ki, Azərbaycan dövləti bütün vətəndaşlarının, o cümlədən bu kateqoriyadan olan və xüsusi qayğıya ehtiyac duyan vətəndaşların daim yanındadır.