Valideynini itirən sağlamlıq məhdudiyyətli uşaqlarla bağlı YENİ QƏRAR
    • 18-12-2019, 12:55
    • 965

Valideynini itirən sağlamlıq məhdudiyyətli uşaqlarla bağlı YENİ QƏRAR

“Bildiyiniz kimi, 2019-cu il sosial sahədə uğurlu olub. Böyük inqilabi sosial islahatlar həyata keçirilib. Sosial müavinətlər haqqında Azərbaycan Respublikası qanunlarına dəyişikliklər edilib. Dəyişiklərin əsas məqsədi sağlamlıq məhdudiyyətli və ailə başçısını itirmiş uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır”. 

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.
O bildirib ki, əvvəllər sağlamlıq məhdudiyyətli uşaqlar həm də ailə başçısını itiribsə, həmin şəxslər iki müavinət arasında seçim etməli idi. Təbii ki, onlar da müvafiq olaraq sağlamlıq məhdudiyyət üçün verilən müavinəti seçirdilər. Onun da dəyəri 150 manatdır. Çünki, ailə başçısını itirmək üçün müavinət daha az, 80 manatdır. Qanunda edilən dəyişikliyə əsasən ,sağlamlıq qabiliyyətini itirmiş uşaq eyni zamanda valideynlərini də itiribsə, o zaman o, hər iki müavinəti ala biləcək. Bu da onların sosail müdafiəsinin yüksəldilməsi məqsədi daşıyır”.

Teymur Məmmədov