Ermənistanın Gəncəyə hücumu nəticəsində 2 uşaq həlak oldu - 35 YARALI, 6 ÖLÜ - YENİLƏNDİ
    • 17-10-2020, 03:30
    • 764

Ermənistanın Gəncəyə hücumu nəticəsində 2 uşaq həlak oldu - 35 YARALI, 6 ÖLÜ - YENİLƏNDİ

İşğalçı Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu nəticəsində həlak olanların sayı artıb. 

News24.az xəbər verir ki, bu barədə 
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında məlumat verib. H.Hacıyev qeyd edib ki, hadisə nəticəsində həlak olanların sayı 6-ya çatıb. Yaralı sayı isə 35-dir.

***02:41
İşğalçı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin atəşə tutulması nəticəsində 35 dinc sakin yaralanıb, 5 nəfər isə həlak olub. 

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb. H.Hacıyev bildirib ki, həlak olanlardan 2-si uşaqdır.