-
- 17-10-2020, 17:34
- 686
Hikmət Hacıyev: "Gəncə terrorunun qurbanlarının QANLARI YERDƏ QALMAYACAQ"
Gəncə əhalisi hər zaman möhkəmdir, dövlətçiliyimizin yanındadır.
News24.az-ın Gəncəyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu bu gün diplomatik korpus nümayəndələri ilə birlikdə Gəncədə terror törədilən əraziyə gələn Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
O bildirib ki, erməni hərbi birləşmələri mülki şəxslərə xaincəsinə hücumlar edirlər:
"İlk olaraq Cənab Ali Baş Komandan İlham Əliyev və Birinci vitse prezident Mehriban xanımın adından baş sağlığı diləmək istəyirəm. Qeyd etmək istərdim ki, Ordumuzun yüksək vətənpərvər əzmi sayəsində bir neçə torpağımız işğaldan azad olunub. Lakin düşmənlərimiz hər zaman olduğu kimi dünya arenasında yalan və saxta məlumatlar çatdırırlar. Bu gün dünyanın dörd bir yanından səfirlik əməkdaşları, diplomatlar, beynəlxalq korpusun nümayəndələri, hərbi orqanların əməkdaşları Gəncədədirlər və bizimlədirlər. Buna görə hər birinə təşəkkürümüzü bildiririk.
Biz istəyirik dünya ermənilərin alçaqcasına, şərəfsizcəsinə atdığı addımları bir daha görsün. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, biz bir həftə öncə də Gəncədəydik və onda da faciə ilə üz-üzə idik. Bu gün də növbəti faciə ilə burdayıq və ermənilərin şərəfsiz amillərinin şahidi oluruq. Bu terrorun qurbanlarının qanları yerdə qalmayacaq. Gəncə əhalisi hər zaman möhkəmdir, dövlətçiliyimizin yanındadır. Ermənilər öz qorxaqlığını mülki əhalinin üzərindən göstərir. Çox təəssüf ki, gecə baş verən hadisə zamanı həlak olanların arasında uşaqlar da var".
Sevda Bayramova
Adil Ağayev
Gəncə