-
- 17-10-2020, 16:47
- 666
Hikmət Hacıyev: "İstədik ki, onlar ermənilərin şərəfsizliyi ilə yerində tanış olsunlar" - FOTO
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumlarının nəticələrini görmək üçün bu gün Gəncəyə yola düşüblər.
News24.az-ın Gəncəyə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə, Azərbaycandakı diplomatik korpusun nümayəndələri Gəncəyə gedib.
Diplomatları səfərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir. Azərbaycan Respublikasının baş prokurorur Kamran Əliyev də hadisə yerindədir.
Hikmət Hacıyev bildirib ki, ilk növbədə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhmətlərini çatdırmaq istərdim:
"Mənfur düşmənlə üzbəüzük. Düşmən xaincə qisasını mülki insanlardan alır. Onlar bu məqsədlə raketlərdən istifadə edirlər. Bu dəfə də "Skad" raketdən istifadə etdilər. Onlar bununla da qırğına nail olmaq istəyirlər. Bu gün qəti əzmimiz var. Düşmən beynəlxalq ictimaiyyəti aldatmaq üçün dezinformasiya yayır. Bu gün diplomatik nümayəndələr yenə Gəncədədirlər. İstədik ki, onlar ermənilərin şərəfsizliyi ilə yerində tanış olsunlar. Bu kimi iyrənc, şərəfsiz əməlin yenidən şahidi oluruq. Həlak olanların ah-naləsi yerdə qalmayacaq. Onlar arasında azyaşlılar da var".
Qeyd edək ki, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu 17 oktyabr saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.
İndiyədək dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin cəsədi çıxarılıb. Həlak olanlardan 3-ü uşaqdır.
Axtarış-xilasetmə əməliyyatı davam edir.
Ermənistan ordusunun oktyabrın 10-da Gəncəyə raket hücumu nəticəsində isə 10 dinc sakin ölüb, 40-dan çox insan yaralanıb. Üç uşaq hər iki valideynini itirib.
Sevda Bayramova
Adil Ağayev
Gəncə