Kənan İmirzalıoğlu məşhur verilişində Qarabağdan danışdı - VİDEO - FOTOLAR
    • 19-10-2020, 14:04
    • 854

Kənan İmirzalıoğlu məşhur verilişində Qarabağdan danışdı - VİDEO - FOTOLAR

Türkiyəli aktyor, teleaparıcı Kənan İmirzalıoğlu Azərbaycana dəstəyini nümayış etdirib.

News24.az xəbər verir ki, o, "Twitter"də Ermənistanın Gəncəyə son hücumundan yazıb: "Uşaqların öldüyü yerdə insanlıqdan nifrət etməmək mümkün deyil. Vətənmi istədiniz beşikdəki körpədən?"

Həmçinin, İmirzalıoğlunun aparıcılıq etdiyi "Kim milyoner olmaq istəyir?" verilişinin sonuncu buraxılışında iştirakçıya Qarabağla bağlı "Dövrümüzdə bir hissəsi Ermənistanın işğalı altında olan Azərbaycana aid tarixi və coğrafi bölgənin adı nədir?", - sualını verilib.
 
Kənan İmirzalıoğlu həmin kadrı da sosial şəbəkədə paylaşaraq "Bütün dünya bu cavabı yəqin ki, bilir" - şərhini yazıb.

Sevda Bayramova