Bu da Mahir Emrelinin qardaşı! - onlar bir gün görüşəcək...
    • Bu gün, 14:23
    • 112

Bu da Mahir Emrelinin qardaşı! - onlar bir gün görüşəcək...

Atasının qucağında oturan, düşüncəli gözləri ilə kameraya baxan uşağın adı Tamerlan, soyadı Mədətovdu.

Bu şəkil uşağın ad günündə çəkilib, onun atası da ölkəmizdə yetərincə məşhur simadı. Prodüser Anar Mədətov. Şəklin o biri üzündə qalan dünyada isə Mahir Emreli də var. Bütün azərbaycanlıların böyük ümidlər bəslədiyi, ulduz gözü ilə baxdığı, o ümidləri gah doğruldan, gah da puç edən məşhur futbolçu...

Anar bəy Mahiri dünyaya gətirən Elnurə xanımdan 6 il əvvəl ayrılıb, elə həmin vaxt Samirə xanımla ailə qurub. Mahir ailə dramına görə acığını “Mədətov” soyadından, ata adından imtina etməklə çıxdı, yetkin yaşında “Emreli Mahir Mahir oğlu” oldu. Hərçənd Azərbaycanda bir övladın atanın adını, soyadını “atmasının” yaxşı qarşılanmadığını da bilirdi. Aradan illər ötüb. Artıq Anar bəyin ikinci oğlu da var. Və Tamerlan qardaşının böyük futbolçu olduğunu bilmir, dərk etmir. Bəlkə Tamerlan da futbolçu olacaq, bəlkə də heç olmayacaq. Amma günlərin birində qardaşı ilə üz-üzə gələcəyinə, onu tanıyacağına şübhə etməyə dəyməz. Axı eyni qanı, geni daşıyırlar. Sənəd dəyişməklə gen dəyişmir.

Bu sənin qardaşındı, Mahir! Atabir, anaayrı qardaşın!/football-plus.az