Trabzonun ən yüksək hissəsində Azərbaycan bayrağı ucaldılıb
    • 20-10-2020, 13:19
    • 452

Trabzonun ən yüksək hissəsində Azərbaycan bayrağı ucaldılıb

Türkiyənin Trabzon bölgəsində, Ortahisar rayon bələdiyyəsi ərazisində ən yüksək təpə olan Boztəpə istiqamətində 61 metrlik dirək üzərində 19x23 metr ölçüsündə Azərbaycan bayrağı ucaldılıb. Üçrəngli, ay ulduzlu bayrağımız Anadolunun Qara dəniz bölgəsində bütün istiqamətlərdən aydın görünür.

News24.az xəbər verir ki, bayraq dirəyinin hündürlüyünün ölçüsü Trabzonun regional avtomobil seriyasına uyğun seçilib.

Trabzon Ortahisar rayon bələdiyyəsinin sədri Ahmet Mətin Gənc Azərbaycan bayrağını Trabzonun ən mənzərəli, diqqətçəkən təpəsində ucaltmaqda məqsəd Milli Ordumuza həmrəylik nümayiş etdirməkdir.