-
- 8-11-2019, 15:30
- 3 217
“Milyon ürək, bir bayraq” - Dövlət Bayrağı günü qeyd edildi - FOTO
Bu gün Bakının Binəqədi rayonunda 143 saylı orta məktəbdə 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş musiqili ədəbi-bədii gecə keçirilib.
News24.az-ın xəbərinə görə, “Milyon ürək, bir bayraq” adlı tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Üçrəngli dövlət bayrağımız təntənəli musiqi sədaları altında səhnəyə gətirilib. Tədbirdə dövlətin atributumuz olan bayrağın müstəqilliyin, dövlətçiliyin və dövlət quruculuğunun rəmzi hesab olunmasından söz açılıb. Hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunduğu, dövlət bayrağımızın indiyədək dəfələrlə dəyişdirildiyi, sovet imperiyasının əsarətindən qurtulandan sonra üçrəngli bayrağımızın yenidən bərpa olunması diqqətə çatdırılıb.
Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin “Bayrağı sevmək, onu uca tutmaq hər bir vətəndaşın borcudur” sözlərini xatırladılaraq, dövlətimizin müqəddəs rəmzlərindən olan bayrağımızın doğma Qarabağımızda dalğalanmasını arzulayıb, məktəblilərin bayrağa və digər dövlət rəmzlərinə hörmətlə yanaşmasının vacibliyini vurğulayıblar.
Daha sonra məktəbin 7, 8 və 9-cu sinif şagirdləri Vətən, bayraq, azadlıq, müstəqillik haqda şeirlər söyləyib, milli rəqslərimizdən nümunələr təqdim ediblər. Tədbir “Azərbaycan” mahnısının melodiyası altında “Bayraq kompozisiyası” ilə başa çatıb.