Ən qoruxlu filmlər AÇIQLANDI
    • 21-10-2020, 09:45
    • 744

Ən qoruxlu filmlər AÇIQLANDI

"Halloween" bayramı ərəfəsindəki alimlər ən qorxunc dəhşət filmini təyin ediblər.

News24.az xəbər verir ki, bu barədə "Forbes" jurnalının veb saytında məlumat yayımlanıb. Britaniyanın "BroadbandChoices" şirkətinin mütəxəssisləri bunun üçün onlarla filmsevərin ürək döyüntülərini ölçüblər.

Araşdırmada müxtəlif yaşda 50 nəfər iştirak edib. Tədqiqatın bir hissəsi olaraq, ən çox bəyənilən 50 qorxu filmini izləməyə təxminən 120 saat lazım olub.

Eyni zamanda, alimlər sakit və qorxunc səhnələrə baxarkən fərqi ölçərək tamaşaçıların ürək döyüntülərini izləyiblər.

Ən qorxulu dəhşət filmi üzrə 1-ci sırada 2012-ci ildə ekranlara çıxan "Sinister" olub. 

Daha sonra isə sıralamaya müvafiq olaraq "Astral" (2010), "Lənət" (2013), "Reinkarnasiya" (2018), "Paranormal hadisə" (2007) filmləri siyahıda ilk beşlikdə qərarlaşıblar.