Ermənilər Oğuz-Qəbələ-Bakı su kəmərini hədəf aldı - Baş Prokurorluq
    • 22-10-2020, 12:27
    • 671

Ermənilər Oğuz-Qəbələ-Bakı su kəmərini hədəf aldı - Baş Prokurorluq

Ermənilər Oğuz-Qəbələ-Bakı su kəmərini hədəf alıb.

Baş Prokurorluqdan News24.az-a verilən məlumata görə, düşmən silahlı qüvvələri Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkəmiz üçün xüsusi strateji əhəmiyyətə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atıb, lakin Ordumuzun hava hücumundan müdafiə qüvvələrinin zərərsizləşdirilməsi nəticəsində raketin hissələri su kəmərinin yaxınlığına düşüb.