Prezident düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş TEXNİKALARINI AÇIQLAYIB
    • 26-10-2020, 13:27
    • 569

Prezident düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş TEXNİKALARINI AÇIQLAYIB

Prezident İlham Əliyev xalqa növbəti müraciətində düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikaları barədə məlumatı açıqlayıb.

News24.az xəbər verir ki, Prezident düşmənin 252 tankı məhv edildiyini bildiirb: "53 tank hərbi qənimət kimi götürülüb - toplam 305 tankdan Ermənistan məhrum edilib. Amma yenə də hələ ki, tanklar var. Piyadaların 50 döyüş maşını məhv edilib, 29-u qənimət kimi götürülüb. Toplam 79. 251 müxtəlif çaplı toplar məhv edilib, 24-ü qənimət kimi götürülüb. 61 minaatan məhv edilib, 45-i qənimət götürülüb. Toplam 106.

53 tank əleyhinə vasitə, 82 “Qrad” qurğusu, iki “Uraqan”, iki YARS (Yaylım Atəş Raket Sistemi), bir TOS məhv edilib.

Dörd TOR zenit-raket kompleksi, 40-a yaxın OSA zenit-raket kompleksi, 4 KUB və bir KRUQ zenit-raket kompleksi, iki “S-125” zenit-raket kompleksi məhv edilib.

Ən bahalı qurğulardan olan 6 “S-300” zenit-raket kompleksi məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokatr məhv edilib. Qiyməti bəllidir. Hər kəs hesablaya bilər. Əməliyyat taktiki raket komplekslərindən 2 əməliyyat-taktiki raket kompleksi - “Elbrus” məhv edilib. 1 “Toçka-U” raketi məhv edilib.

231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Toplam 404 yük avtomobilindən biz düşməni məhrum etmişik”.