Prezident düşmənin məhv edilən hərbi texnikasının SİYAHISINI AÇIQLAYIB
    • 20-10-2020, 15:22
    • 472

Prezident düşmənin məhv edilən hərbi texnikasının SİYAHISINI AÇIQLAYIB

"Düşmənin 241 tank məhv edilib. 19 tank qənimət kimi götürülüb. Ümumən 280 tank sıradan keçirilib".

News24.az xəbər verir ki, bunu Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində deyib.

Prezident bildirib ki, 39 tank saz vəziyyətdə götürülüb: "Piyadaların döyüş maşınlarından 50-i məhv edilib. 24 qənimət götürülüb. Özüyeriyən artilleriya qurğularından 17-i məhv edilib. 58 minaatan kompleksi məhv edilib. 25 qumbaratan qənimət götürülüb. 53 tank əleyhinə idarəolunan raket və 4 s-300 zenit raket kompleksi məhv edilib. 3 tor zenit raket məhv edilib. 6 pilotsuz uçuş aparatı. 2 elbrus raketi məhv edilib. 1 balllistik, 1 “Toçka –U”, 198 yük avtomobili məhv edilib. Onlardan 5-i sursatla doludur. 102 avto maşın qənimət götürülüb".