-
- 26-10-2020, 16:37
- 568
Azərbaycanın rəqəmsal hökumət quruculuğu tezliklə Qarabağda davam etdiriləcək
Rəqəmsal hökumətin artan rolunu, rabitənin vacibliyini, qlobal və regional əməkdaşlığa ehtiyacı müzakirə etmək məqsədilə “BMT-nin Elektron Hökumət Sorğusu kontekstindəki region ölkələrində elektron hökumətin inkişafı yönündə nailiyyətlər və problemlər” mövzusunda onlayn konfrans təşkil edilib. Onlayn konfrans Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənayesi Nazirliyinin Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamenti ilə birgə və “Zerde Milli İnfokommunikasiya Holdinq” ASC və Astana Dövlət Xidməti Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən News24.az-a bildiriblər ki, konfransda agentliyin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov spiker qismində iştirak edib.
E-konfransda müxtəlif dövlətlərin, beynəlxalq təşkilatların rəqəmsallaşma və elektron hökumət sahəsində çalışan nümayəndələri və digər şəxslər iştirak ediblər.
Konfransın əsas müzakirə mövzuları BMT-2020 sorğusunun nəticələri, elektron hökumətin inkişafında ən yaxşı təcrübələr və regionda elektron hökumətin inkişaf təcrübəsi olub.
EHİM-in direktoru Fariz Cəfərov Azərbaycanda elektron hökumətin inkişafı mərhələləri, vətəndaşlara rəqəmsal formada təqdim edilən elektron xidmətlər və rəqəmsallaşma ilə bağlı mövcud çağırışlardan bəhs edib. Tədbir iştirakçılarına, həmçinin “ASAN xidmət”, COVID-19 pandemiyası dövründə ölkəmizdə aparılan qabaqlayıcı tədbirlər və mövcud vəziyyətin idarə edilməsi üçün mərkəz tərəfindən hazırlanan “İcazələrin Alınması və Monitorinqi Sistemi” haqqında geniş təqdimat edilib.
Sonda Azərbaycan torpaqlarının 30 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal olunduğu və hazırda Azərbaycan ordusu tərəfindən həmin torpaqların azad edildiyi qürur hissi ilə diqqətə çatdırılıb. Eyni zamanda, işğaldan azad olunan torpaqlarda tezliklə “ASAN xidmət” mərkəzlərinin açılacağına və rəqəmsal hökumət qurucululuğun davam etdiriləcəyinə ümid edildiyi bildirilib.
Tədbir BMT-nin 2020-ci il MDB regionu üçün elektron hökumət üzrə tədqiqatının əsas trend və nəticələrini təqdim etmək, COVID-19 pandemiyası zamanı ölkələr arasında səmərəli onlayn xidmətlərin göstərilməsinə dair təcrübə və fikir mübadiləsi aparmaq, eləcə də elektron hökumətin inkişafı üçün beynəlxalq və regional müstəvidə əməkdaşlığı və koordinasiyanı gücləndirmək məqsədilə təşkil olunub.