BNA paytaxtda sıxlıq və tıxac olan yerləri açıqladı
    • 26-10-2020, 18:57
    • 599

BNA paytaxtda sıxlıq və tıxac olan yerləri açıqladı

Bu dəqiqələrdə paytaxtın əksər küçə və prospektlərində sıxlıq və tıxac müşahidə olunur.

Bu barədə News24.az Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Sıxlıq və tıxac olan yollardan keçən bütün müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var.

- Ziya Bünyadov prospekti – Çermet körpüsündən 20 yanvar dairəsi istiqamətində

- Abdulvahab Salamzadə küçəsi –Ceyhun Səlimov küçəsi ilə kəsişmə (Zİya Bünyadov prospekti və Ak.Həsən Əliyev küçəsi)

- Alı Mustafayev küçəsi - 20 yanvar dairəsindən Ziya Bünyadov prospektinə gedən yol

- Abbasqulu ağa Bakıxanov küçəsi –Türkiyə səfirliyi istiqamətində

-Tbilisi prospekti - 20 yanvar dairəsi istiqamətində

- Qara Qarayev prospekti –Dakar dairəsi istiqamətində nisbətən sıxlıq

- Rəşid Behbudov küçəsi –Qış parkına qədər nisbətən (Füzuli küçəsinə qədər)

- Yusif Səfərov küçəsi –Heydər Əliyev prospekti istiqamətində

- Heydər Əliyev prospekti –Bağırov körpüsündən Koroğlu metrosu və şəhər istiqamətində köməkçi yol

- Şah İsmayıl Xətai prospekti - Heydər Əliyev prospekti istiqamətində

- Mikayıl Useynov prospekti – Azneft dairəsi istiqamətində

Avtobusların sıxlıqda gecikməməsi və hərəkət intervalının tənzimlənməsi üçün bütün zəruri tədbirlər görülür. Müvafiq küçə və prospektlərdə svetoforlara “yaşıl dalğa” əmri tətbiq edilir. Sərnişin tələbatı yüksək olan istiqamətlər üzrə ehtiyat avtobuslar cəlb edilir.

Qeyd edək ki, ötən həftə ərzində marşrut xətləri üzrə gündəlik sərnişin səfər sayı 1,9-2 mln arasında dəyişib. Ümumilikdə isə xətlərə 2 100-2 200 ədəd avtobus çıxarılıb ki, bu da adi rejimlə müqayisədə 15% çoxdur.