Sürücülərin NƏZƏRİNƏ! Bu küçə və prospektlərdə sıxlıq var
    • 19-08-2020, 09:33
    • 614

Sürücülərin NƏZƏRİNƏ! Bu küçə və prospektlərdə sıxlıq var

Hazırda Bakının bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən News24.az-a verilən məlumata görə, sıxlıq olan küçə və prospektlərdən keçən marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr var.

Sıxlıq aşağıda adları qeyd edilən küçə və prospektlərdə müşahidə olunur:

Z.Bünyadov prospekti Ə.Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq 20 Yanvar dairəsi istiqamətində

 Binəqədi şossesi Azadlıq prospekti istiqamətində

 Moskva prospekti 20 Yanvar dairəsi istiqamətində

 Bakı-Sumqayıt şossesi şəhər istiqamətində

 Zabrat şossesi H.Əliyev prospekti istiqamətində.