-
- 27-10-2020, 12:20
- 692
"Fransa prezidentinin YARITMAZ siyasəti ölkəsini UÇURUMA APARIR" - Politoloq DETALLARI AÇDI
Fransa prezidentini Emmanuel Makronun əhalini türk mallarını boykot etməyə çağırmasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bütün türklərə səslənərək, Fransa istesalı olan malları boykot etməyə çağırıb.
Bu qərardan sonra Azərbaycanda da bəzi deputatlar tərəfindən fransız mallarına qarşı boykot çağırışları başladı.
Məsələ ilə bağlı News24.az-a danışan politoloq Natiq Miri bildirib ki, Makronun davranışları, işlətdiyi ifadələr insanların duyğularını və mənəvi hisslərini təhqir edir:
” “Charlie Hebdo” jurnalının Məhəmməd peyğəmbəri təhqir edən karikaturaları Monpelye və Tuluza şəhərlərindəki hökumət binalarında nümayiş olunur. Bu hərəkətləri səlahiyyətlilər “düşüncə azadlığı” ilə izah edirlər. Bu addım digər avropa ölkələrini də təhrik edir. Avropada şovinizm, ifrat millətçilik inkişaf etməkdədir. Məsələnin bu şəkildə qoyulması dinlərarası kəskin pisləşməyə, mübarizəyə gətirib çıxara bilər. Belə bir addımın atılması təbii ki, adekvat reaksiyaya səbəb olmalı idi. Bu da hələlik qınama səviyyəsində özünü göstərir”.
Politoloq vurğulayıb ki, Fransa məhsullarının alınmaması təkcə Türkiyədə deyil, əksər müsəlman ölkələrində reallaşa bilər: “Bu isə Fransanın iqtisadiyyatına və ticarətinə ciddi mənada mənfi təsir göstərə bilər. Artıq Fransa hökumətində bu yöndə daxildə narahatlıqlar başlayıb. Bu, qısa müddətdə, xüsusilə bəzi məhdudiyyətlərin tətbiq olunduğu pandemiya dövründə Fransa iqtisadiyyatı üçün arzuolunan bir məsələ deyil. Avropa toplumunda, əsasən, Fransada gənc nəslin sayı azalmaqdadır. Bu isə iqtisadiyyatda, istehsal və xidmət sahələrində çalışan insanların tədricən azalması anlamına gəlir. Bu yerləri doldurmaq üçün digər İslam ölkələrindən Fransaya gələn insanlar onların yerlərini kompensasiya edirlər. Bu gün yeni gənc nəsil xristian toplumuna nisbətən şərqdə, xüsusilə İslam ölkələrində daha dinamikdir. Ona görə də bu insanların Avropada olmaması və ya qovulub çıxarılması demoqrafik vəziyyətə çox ciddi şəkildə təsir edə bilər”.
N.Miri qeyd edib ki, düşünülməmiş ifadə və ya siyasət gələcək perspektivdə Avropa və eyni zamanda, Fransa üçün acınacaqlı vəziyyətə gətirib çıxara bilər: “Bu məsələ təkcə mənəvi və iqtisadi deyil, həmçinin, dinlərarası böyük bir savaş yarada bilər. Bu gün Avropada təkcə müsəlman dindarlar yaşamır. Radikal İslam təşkilatları var ki, bunlar da bilavasitə bu vəziyyətdən istifadə edərək, toplumda olan gənclərin beyinlərini yumaqla onları yeni terror hadisələrinə yönəldə bilərlər. Belə vəziyyətdən onlar maksimum formada istifadə edirlər. Normal bir dövlət başçısı cəmiyyəti, xalqı belə bir təhlükələrlə üz-üzə qoymamalıdır. Bu malların alınmaması artıq Fransaya siqnal olmalıdır. Düşünürəm ki, bu yöndə Fransanın toplumunda və siyasi arenasında artıq narahatlıqlar səsləndirilib və dilə gətirilib. Hesab edirəm ki, növbəti illərdə hakimiyyətdə olan ölkə prezidenti bu cür yarıtmaz və yanlış siyasətdən əl çəkəcək”.
Məhərrəm Əliyev