-
- 28-10-2020, 10:33
- 540
Bursada general Polad Həşimovun adına yeni park salınıb
Ermənistan silahlı qüvvələrinin iyul ayında Tovuz rayonu istiqamətində ölkəmizə qarşı təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin generalı Polad Həşimovun xatirəsi Türkiyədə əbədiləşdirilib.
News24.az xəbər verir ki, Türkiyənin Bursa vilayətinin Osmanqazi rayonun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.
Bununla bağlı Osmanqazi Bələdiyyə Məclisi xüsusi iclas keçirib. Bələdiyyə sədri Mustafa Dündar çıxışında bildirib ki, şəhid general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi olan bütün qəhrəmanlara göstərilən hörmət və ehtiram, Azərbaycana mənəvi dəstəyin nümunəsidir.
Azərbaycan-Türkiyə qardaşlığının tarixi köklərindən bəhs edən bələdiyyə sədri əminliklə bildirib ki, Ermənistanın xain və amansız hücumlarına qarşı sentyabrın 27-də əks-hücum əməliyyatlarına başlayan müzəffər Azərbaycan Ordusu ən qısa zamanda işğal altındakı torpaqları düşməndən azad edərək ölkənin ərazi bütövlüyünün bərpasına nail olacaq.
Osmanqazi Bələdiyyə Məclisi yekdilliklə yeni istirahət guşəsinə general Polad Həşimov adının verilməsi təklifini qəbul edib və alqışlayıb.
General Polad Həşimov Parkının açılışı oktyabrın 28-də geniş ictimaiyyətin iştirakı ilə həyata keçiriləcək.