Hikmət Hacıyev beynəlxalq media və diplomatik korpus nümayəndələri ilə BƏRDƏYƏ YOLA DÜŞDÜ
    • 29-10-2020, 09:12
    • 586

Hikmət Hacıyev beynəlxalq media və diplomatik korpus nümayəndələri ilə BƏRDƏYƏ YOLA DÜŞDÜ

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev beynəlxalq media və diplomatik korpus nümayəndələri ilə Bərdə və Tərtərə yola düşüb.

News24.az xəbər verir ki, bu barədə H.Hacıyev "Tvitter" hesabında məlumat verib. O bildirib ki, səfərin məqsədi Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən hazırladığı hərbi cinayətləri beynəlxalq mediaya və diplomatik korpuslara göstərməkdir:"Onlar Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər. Diplomatik korpusumuza mərhəmət üçün təşəkkür edirik!"