Hikmət Hacıyev: "Ümid edirəm ki, Paşinyan və ətrafının sonu müharibə cinayətləri tribunalında olacaq"
    • 12-10-2020, 18:30
    • 580

Hikmət Hacıyev: "Ümid edirəm ki, Paşinyan və ətrafının sonu müharibə cinayətləri tribunalında olacaq"

"Nikol Paşinyan və David Tonoyanın Gəncədəki mülki şəxslərə qarşı hərbi cinayətləri və Mingəçevirdəki enerji infrastruktruna qarşı hücumları beynəlxalq ictimaiyyətə təqdim olundu".

News24.az-ın məlumatına görə, bunu  Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb. 

O qeyd edib ki, artıq Ermənistan tərəfindən inkar edilə bilməz: "Ümid edirəm ki, Paşinyan və ətrafının sonu müharibə cinayətləri tribunalında  olacaq".