Diplomatik korpusun nümayəndələri Tərtərə yola düşdü
    • 29-10-2020, 13:24
    • 586

Diplomatik korpusun nümayəndələri Tərtərə yola düşdü

Diplomatik korpusun və beynəlxalq medianın nümayəndələri Tərtərə yola düşüb.

News24.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında bildirib. 

"İndi diplomatik korpus və beynəlxalq media nümayəndələri ilə birlikdə Tərtərə gedirik. Hərbçilərin verdiyi məlumata görə, erməni tərəfi Tərtərin kənar ərazilərinə hücum edir. Ancaq diplomatik korpus könüllü olaraq Tərtərə, Azərbaycanın Stalinqradına getməyə qərar verdi. Həmrəylik üçün təşəkkür edirik!", - deyə H. Hacıyev qeyd edib.