"Ermənistan işğalı həyata keçirən dövlət kimi məsuliyyət daşıyır" - Hikmət Hacıyev
    • 30-10-2020, 14:42
    • 528

"Ermənistan işğalı həyata keçirən dövlət kimi məsuliyyət daşıyır" - Hikmət Hacıyev

"Çıraqov işində də qeyd olunduğu kimi, Ermənistan işğalı həyata keçirən dövlət kimi məsuliyyət daşıyır".

News24.az xəbər verir ki, bunu Baş Prokurorluğun keçirdiyi brifinqdə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, Ermənistan silahlı qüvvələri hərbi təcavüz missiyasını həyata keçirir:  "Ermənistan ərazisindən raketlərin atılması və mülki əhalinin ölümü də Ermənistanın məsuliyyətini təsdiqləyir. Bu gün döyüşlərdə iştirak edənlərin də əksəriyyəti Ermənistan vətəndaşlarıdır. Ermənistan hərbi təcavüzü həyata keçirən tərəf kimi məsuliyyət daşıyır".