"Bunu Ermənistanın terror siyasəti kimi qiymətləndiririk" - Prezidentin köməkçisi
    • 5-10-2020, 16:39
    • 569

"Bunu Ermənistanın terror siyasəti kimi qiymətləndiririk" - Prezidentin köməkçisi

"Buradan da görünür ki, onların məqsədi nədir. Onlar tərəfindən uzaqmənzilli raketlərdən də istifadə olunur. Bu əməlləri biz Ermənistanın dövlət səviyyəsində həyata keçirilən terror siyasəti kimi qiymətləndiririk”.

News24.az xəbər verir ki, bunu Baş Prokurorluğun Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş hərbi cinayətlərə dair keçirdiyi brifinqdə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.